Gəncə şəhərində 1990-cı il təvəllüdlü A.İsmayılova mübahisə zəminində bıçaq xəsarəti alıb.
Yurd.Media xəbər verir ki, zərərçəkən xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə onun həyat yoldaşıdır.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A. İsmayılovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 40 yaşlı Ruslan Novruzov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.