Gecə saatlarından başlayaraq əsən güclü külək Gəncə şəhər ərazisində bir sıra fəsadlar törədib.
Yurd.Media xəbər verir ki, mənzil-kommunal təsərrüfatı birliyinin (MKTİB) müvafiq şöbələrinin əməkdaşları tərəfindən küləyin törətdiyi fəsadlar operativ şəkildə aradan qaldırılır.
Səhər saatlarından başlayan işlərə MKTİB-nin texnikası cəlb edilərək aşan ağaclar hadisə yerindən yığışdırılır, aşma ehtimalı olan ağaclar isə zərərsizləşdirilir, təhlükə yaradan budaqlar kəsilir.
Beləliklə ilkin məlumata görə güclü küləyin təsiri ilə Heydər Əliyev, Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərində, Dədə Qorqud, Mirzə Abbas Abbaszadə, Üzeyir Hacıbəyov küçələrində, 4-cü mikrorayonda və digər müxtəlif ərazilərdə ümumilikdə 10-a yaxın yaşayış binasının dam örtüyünə zərər dəyib, 30-a yaxın iri və orta gövdəli ağac və 2 işıq dirəyi aşıb, aşma təhlükəsi yaranan ağaclar isə Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Hal hazırda MKTİB-nin canlı qüvvə və texnikası küləyin fəsadlarının aradan qaldırılması istiqamətində işlərini davam etdirirlər.