SÜJET
Gədəbəydə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə, maşın dərəyə aşıb.
Avtomobildə olan Çiçəkli kənd sakinləri 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov həlak olublar.
KIA markalı avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Vüsal Məmmədov, 2021-ci il təvəllüdlü Renat Məmmədov və 2020-ci il təvəllüdlü Amil Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə Gədəbəy RPŞ-nin əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.