SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Gədəbəydə 55 yaşlı kişi kəklikotu yığarkən qayadan yıxılıb öldü

Gədəbəydə 55 yaşlı kişi kəklikotu yığarkən qayadan yıxılıb öldü

  • 03 sentyabr 2025, 10:54
Gədəbəy

Gədəbəy rayonunda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Yurd.Media Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Miskinli kəndində baş verib.

Rayonun Novosaratovka kənd sakini, 1970-ci il təvəllüdlü Yaqub Yolçuyev kənd ərazisindəki qayalıq əraziyə kəklikotu yığmağa getsə də, geri qayıtmayıb. Yaxınları onun axtarışlarına başlayıblar. Axtarış zamanı onun meyiti Miskinli kəndindəki dərədən aşkar edilib. Məlum olub ki, Y.Yolçuyev kəklikotu yığarkən qayadan yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing