SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Gədəbəy sakini qonşusunun hamamında boğuldu

Gədəbəy sakini qonşusunun hamamında boğuldu

  • 05 may 2025, 09:38
Gədəbəy

Gədəbəy sakini qonşusunun evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Yurd.Media xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, hadisə mayın 4-ü saat 18:00 radələrində Gədəbəy rayonu, İsalı kəndi ərazisində yerləşən evdə baş verib.

Belə ki, Qurbanov Rövşən Yusif oğluna məxsus fərdi yaşayış evinin hamam otağında qonşusu Paşayev Anar Qaçay oğlu orada çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

Prime Leasing