SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Füzulidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Füzulidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

  • 05 sentyabr 2025, 12:20
Füzuli

Füzuli rayonunun Babı kəndinin ərazisində yanğın törədən şəxsi polis əməkdaşları saxlayıb.

Bu barədə Yurd.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Ələkbər Fərəməzovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 1 hektar ərazidə əkin sahəsi yanıb.

Ə.Fərəməzov barəsində inzibati qanunvericiliyə uyğun olaraq 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Prime Leasing