SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Füzuli və Xocavənddə yanğın törədənlər məsuliyyətə cəlb olunublar

Füzuli və Xocavənddə yanğın törədənlər məsuliyyətə cəlb olunublar

  • 10 sentyabr 2025, 13:08

Sentyabr ayının 9-da Füzuli rayonunun Əhmədalılar və Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Yurd.Media-ya bildirilib ki, araşdırmalarla yanğını müvafiq olaraq 1964-cü il təvəllüdlü Süleyman Məmmədov və 2001-ci il təvəllüdlü Kənan Abdullayevin törətdikləri müəyyən olunub.

Hər iki hadisə nəticəsində 1 hektardan artıq ərazidə quru ot sahəsi yanıb.

Onların barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Prime Leasing