SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Çoxsaylı nöqsanlar aşkarlanan şadlıq sarayının qapısı möhürləndi - VİDEO

Çoxsaylı nöqsanlar aşkarlanan şadlıq sarayının qapısı möhürləndi - VİDEO

  • 07 may 2026, 13:22
Qusar

Yanğın təhlükəsizliyi baxımından standartlara uyğun olmayan qaz sobalarından istifadə olunan restoran aşkarlanıb

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, Qusarda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən "Pəri" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Məlum olub ki, obyektin mətbəxində yanğın təhlükəsizliyi baxımından standartlara uyğun olmayan qaz sobalarından və daxili qaz xətlərinin birləşməsində rezin borulardan istifadəyə yol verilib, yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb, obyektin tüstü bacası təmizlənməyib və s.

Bu səbəbdən yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Çoxsaylı nöqsanlar aşkarlanan şadlıq sarayının qapısı möhürləndi - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları