SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib

Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib

  • 21 avqust 2025, 23:07
Cəlilabad

Avqustun 21-də Cəlilabad rayonunun Söyüdlü kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Yurd.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğının 1980-ci il təvəllüdlü Oqtay Abbasov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.

Əməli törədən O.Abbasov barəsində məsuliyyət tədbiri görülüb.

Prime Leasing
SPE Annual Caspian