SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Cəlilabadda şəhid bulağının açılışı olub

Cəlilabadda şəhid bulağının açılışı olub

  • 20 iyun 2025, 00:19
Cəlilabad

Cəlilabad rayonunda I Qarabağ müharibəsinin itkin şəhidi Şahin İbadovun xatirəsinə həsr olunmuş bulağın açılışı olub.

Yurd.Media xəbər verir ki, bulaq rayonun Səttərxan küçəsində, şəhidin evinin önündə inşa olunub.

Şəhid bulağının açılışında rayon rəsmiləri, şəhidin yaxınları, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açıblar.

Qeyd edək ki, Şahin İbadov 1969-cu ildə Cəlilabad rayonunda anadan olub. I Qarabağ müharibəsi zamanı, 1992-ci ildə itkin düşüb.

Prime Leasing