SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Canlı yayım açıb uşağını döyən Bərdə sakinindən valideynlik hüquqları alınır

Canlı yayım açıb uşağını döyən Bərdə sakinindən valideynlik hüquqları alınır

  • 24 sentyabr 2025, 17:19
Bərdə

Canlı yayım açıb uşağını döyən Bərdə sakinindən valideynlik hüquqları alınır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yurd.Media-ya bildirilib ki, aidiyyəti qurumlarla birlikdə “Tiktok” sosial media hesabında canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vuran qadın haqqında araşdırma başlanılıb.

Belə ki, hüquq-mühafizə orqanları tərəfindən azyaşlının anası Polis İdarəsinə aparılıb, protokol tərtib edilərək qərar verilməsi məqsədilə məhkəməyə göndərilib, uşaq isə dövlət uşaq müəssisəsinə yerləşdirilib.

Hazırda, yerli icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 68-ci maddəsinə əsasən, valideynin valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələ qaldırılıb.

Qeyd edək ki, Tərtər rayonunda qeydiyyatda olan, Bərdə rayon sakini 24 yaşlı qadının “Tiktok” sosial media hesabında canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vurması, qeyri-etik ifadələr işlətməsi, azyaşlının yanında zərərli vərdişlərdən istifadə etməsi ilə bağlı videogörüntü öz əksini tapıb.

Prime Leasing