SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Biləsuvarda ağır QƏZA: Ölən və yaralananlar var

Biləsuvarda ağır QƏZA: Ölən və yaralananlar var

  • 03 sentyabr 2025, 23:29
Biləsuvar

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, hadisə Bakı-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində baş verib.

Məlumata görə, iki minik avtomobili və bir yük maşını toqquşub. 

Qəza nəticəsində bir nəfər ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə təcili tibbi yardım maşınları ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralananların Cəlilabad rayon sakinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing