Bərdədə marketdə yararsız məhsullar aşkarlanıb

Bərdədə marketdə yararsız məhsullar aşkarlanıb

  • 30 aprel 2025, 12:22
Bərdə

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Lək kəndində fəaliyyət göstərən "Qədiroğlu" MMC-yə məxsus "Qədiroğlu" marketdə yoxlama keçiriblər.

Yurd.Media xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı marketdə yararlılıq müddəti bitmiş toyuq əti və şirniyyat, qanunvericiliyə uyğun etiket məlumatları olmayan ərik qurusu, müşayiətedici sənədləri olmayan ət məhsulları aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.