Bakıda bədbəxt hadisə baş verib.
Yurd.Media xəbər verir ki, Bakıda iki yaşlı körpə binadan yıxılıb.
Hadisə iyulun 10-da axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki yaşayış binasında baş verib.
Həmin binada yaşayan 2024-cü il təvəllüdlü uşaq 3-cü mərtəbədəki mənzilin eyvanından yıxılıb.
Körpə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.