SÜJET
Balakəndə avtomobil piyadanı vuraraq öldürüb.
Yurd.Media xəbər verir ki, hadisə rayonun Mahamalar kəndində baş verib.
Belə ki, axşam saatlarında kənd ərazisində Oruc Yekəyev idarə etdiyi “Ford Transit” markalı avtomobili geriyə hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Pitimat Eminovanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.