Bakının Nərimanov rayonunda yerləşən yataqxanada yanğın baş verib.
Yurd.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan bir otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.
Mənzilin digər hissələri yanğından mühafizə olunub. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu söndürə biliblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, 25 avqust 2025-ci il saat 15:00 radələrində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində baş verən hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə də məlumat daxil olub.
Çağırış əsasında ünvana təcili yardım briqadası göndərilib. Briqada tərəfindən 2 qadın və 1 kişiyə stresə qarşı kəskin reaksiya diaqnozu ilə yerində tibbi yardım göstərilib.