SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Bakıda MALL-dan gödəkçə oğurlayan şəxs saxlanıldı - VİDEO

Bakıda MALL-dan gödəkçə oğurlayan şəxs saxlanıldı - VİDEO

  • 14 may 2025, 10:53
Bakı

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mall” ticarət mərkəzində mağazanın önündən gödəkçənin oğurlanmasına dair görüntülər yayılıb.

Yurd.Media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 34 yaşlı Əbdül Salmanov saxlanılıb.

Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.

Ə.Salmanovun Sabunçu rayonu və ya paytaxtın digər ərazilərində analoji hadisələr törədib-törətmədiyini müəyyən etmək istiqamətində araşdırma aparılır.

Qeyd edək ki, mağaza sahibinin sözlərinə görə, oğurlanan geyimin 135 manat dəyəri var imiş.