SÜJET
Bakının Qaradağ rayonunda iki yaşlı qız hamamda boğularaq ölüb.
Yurd.Media xəbər verir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Sahil qəsəbəsi Xəqani küçəsi ev 1 “A” mənzil 12 ünvanında qeydə alınıb.
2023-cü il təvəllüdlü Nilay Təbriz qızı Məmmədova yaşadığı mənzilin hamam otağında vannada boğularaq ölüb. Faktla bağlı araşdırmalar aparılır.