Bakıda itkin düşən qızları taksi sürücüsü evində gizlədibmiş - TƏFƏRRÜAT - YENİLƏNİB

Bakıda itkin düşən qızları taksi sürücüsü evində gizlədibmiş - TƏFƏRRÜAT - YENİLƏNİB

  • 26 aprel 2025, 22:16
Bakı

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Yurd.Media xəbər verir ki, bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırma DİN-in nəzarətinə götürülüb.

21:21

Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb.

Yurd.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Belə ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarış aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.