SÜJET
Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizadə Bakıdakı xəstəxanaların birində vəfat edib.
Yurd.Media sosial şəbəkələrə istinadən xəbər verir ki, təxminən bir ay əvvəl səhhətində problem yaranan 10-cu sinif şagirdinin həyatını xilas etmək mümkün olmayıb.
Yaxınları bildirib ki, Gülnarənin beyninə virus düşüb və bundan sonra müalicəsinə başlanılıb. Lakin müalicələr nəticə verməyib.