SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Azər Zahid ev dustaqlığına buraxıldı

Azər Zahid ev dustaqlığına buraxıldı

  • 01 iyul 2025, 15:08
Bakı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan Azər Zahid ev dustaqlığına buraxılıb.

Yurd.Media xəbər verir ki, bu barədə APA-ya onun vəkili Yusif Seyfəlov məlumat verib.

Nərimanov Rayon Məhkəməsində hakim Kamal Babayevin sədrliyi ilə keçirilən məhkəmədə Azər Zahidin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin edib və Azər Zahid ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Azər Zahid Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etmə), 244-1.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinir.

Prime Leasing