SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Avtomobildə sıxılı qalan qadın belə xilas edildi – VİDEO

Avtomobildə sıxılı qalan qadın belə xilas edildi – VİDEO

  • 26 mart 2026, 19:03
Xaçmaz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, Bakı küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” və “Haval” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Haval” markalı minik avtomobilində sərnişin sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı qalan sərnişin, 1952-ci il təvəllüdlü N.Əliyeva xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Avtomobildə sıxılı qalan qadın belə xilas edildi – VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları