Astarada evdə 48 yaşlı kişinin meyiti tapılıb.
Yurd.Media "Unikal"a istinadən xəbər verir ki, Astara şəhər sakini 1977-ci il təvəllüdlü Nizami Vidadi oğlu Kərimovun meyiti yaşadığı ünvanda tapılıb.
İlkin məlumata görə N.Kərimovun özünü asaraq intihar etdiyi bildirilir.
Qeyd edək ki, Nizami Kərimov Astara şəhərində tanınmış bərbər olub.
Onun hansı səbəbdən bu addımı atdığı araşdırılır.
Faktla bağlı araşdırma aparılır.