SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
AQTA natəmizlik tüğyan edən restoranı bağladı

AQTA natəmizlik tüğyan edən restoranı bağladı

  • 20 noyabr 2025, 22:17
Salyan

Salyanda fəaliyyət göstərən restoranda təmizlik işlərinin görülmədiyi, mətbəxdə tavanın, döşəmənin, divarların və işçi masaların asan yuyulabilən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, şəhərin A.Həsənov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Fidan Fəxrəddin qızı Əliyevaya məxsus "Yaşıl Park" restoranında yoxlama keçirilib.

Bildirilib ki, baxış zamanı ictimai iaşə obyektində temperaturun monitorinqinin aparılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, mətbəxdə tavanın, döşəmənin, divarların və işçi masaların asan yuyulabilən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, çirkli suların axıdılması üçün drenaj sisteminin quraşdırılmadığı, obliqat qrupuna daxil olan işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək mətbəxdə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.

Prime Leasing
SPE Annual Caspian