SÜJET
Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media APA-ya istinadən xəbər verir ki, qəza rayonun Poylu qəsəbəsi ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1966-cı il təvəllüdlü Oktay Məmmədovu vurub.Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.
Faktla bağlı araşdırma aparılır.