Ağdaşda baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobillərdən biri aşıb.
Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qumlax kəndi yaxınlığından keçən avtomagistralda baş verib.
"Vaz 21 011" və "Opel" markalı maşınların toqquşması zamanı avtomobillərdən biri idarəetmədən çıxaraq yol kənarına aşıb.
Hadisə nəticəsində müxtəlif bədən və qırıq-sökük xəsarətləri alan 1986-cı il təvəllüdlü Maqsud Mustafayev, 1996-cı il təvəllüdlü Elvin Əsədov, 1991-ci il təvəllüdlü Rəşad Cəbrayılov və 1997-ci il təvəllüdlü Turan Qədirov təcili xəstəxanaya çatdırılıblar.
Qeyd edək ki, yaralıların dördü də Ağdaş rayon sakinləridir.
Faktla bağlı araşdırma aparılır.