SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Abşeronda məktəblilər arasında mübahisə: Xəsarət alan var

Abşeronda məktəblilər arasında mübahisə: Xəsarət alan var

  • 02 iyun 2025, 21:42
Abşeron

Abşeron rayonu ərazisində uşaqlar arasında baş vermiş mübahisə ilə bağlı araşdırma aparılır.

Yurd.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

Belə ki, Abşeron rayonu ərazisində yeniyetmələr arasında baş vermiş mübahisə ilə bağlı polis orqanlarına məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal müvafiq araşdırmalara başlanılıb.

Hazırda ərazi üzrə polis orqanı tərəfindən faktın bütün halları, iştirak edən şəxslərin dəqiq kimliyi, hadisənin səbəbləri və mümkün hüquqi qiymətləndirilməsi istiqamətində təhqiqat tədbirləri davam etdirilir.

Uşaqlar arasında baş verən bu kimi hallarda polis həssaslıqla yanaşır və həm maarifləndirici, həm də qanunvericiliyə uyğun tədbirlər həyata keçirir

Qeyd edək ki, Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş 93 ərazisində məktəbli uşaqlar digər bir məktəbli uşağa (Ə.K.) xəsarət yetiriblər. Hadisə məktəbin yaxınlığında, Əlincə Şadlıq Sarayının yanında baş verib.

Prime Leasing