SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Abşeronda boya zavodunda baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Abşeronda boya zavodunda baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

  • 22 avqust 2025, 13:41
Abşeron

Aşağı Güzdək qəsəbəsində boya zavodunda baş verən yanğın məhdudaşdırılıb.

Yurd.Media-nın məlumatına görə, hazırda yanğının tam söndürülməsi istiqamətində işlər görülür.

*** 13:12

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın başlayıb.

Yurd.Media FHN-ə istinadən xəbər verir ki, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğınla mübarizə tədbirləri davam etdirilir.

Qeyd olunur ki, yanğının söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir. Havanın güclü küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də, ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Əlavə məlumat veriləcək.

Prime Leasing