SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
25 ton buğda aparan yük avtomobili alışdı - VİDEO

25 ton buğda aparan yük avtomobili alışdı - VİDEO

  • 07 iyul 2026, 19:22
Oğuz

25 ton buğda aparan yük avtomobili alışıb.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, “112” qaynar telefon xəttinə Oğuz rayonu, Bayan kəndində taxıl sahəsindəki avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “MAN” markalı yük avtomobilinin kabinə hissəsində baş vermiş yanğın yük hissəsinə keçməsinə, habelə ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yük avtomobilinin kabinə hissəsi və ön təkərləri yanıb.

Avtomobilin qalan hissəsi, yük yerinə yığılmış 25 ton buğda və əkin sahəsi yanğından mühafizə olunub.

25 ton buğda aparan yük avtomobili alışdı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları