Gəncədə 3 nəfər bıçaqlandı - TƏFƏRRÜAT + YENİLƏNİB

Gəncədə 3 nəfər bıçaqlandı - TƏFƏRRÜAT + YENİLƏNİB

  • 27 aprel 2025, 21:38
Gəncə

Gəncədə bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Yurd.Media xəbər verir ki, bıçaqlanan şəxslərin sayının üç nəfər olduğu məlum olub.

Belə ki, Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayonunun Yellicə kənd sakini, 2002-ci il təvəllüdlü Zamin Məmmədov döş qəfəsindən bıçaqlanıb. İnsident zamanı 1996-cı təvəllüdlü Babək Hahcağazadə və Ələddin Əlizadə də bıçaq xəsarətləri alıblar.

Hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanıb.

19:46

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Bildirilib ki, 2002-ci il təvəllüdlü Z.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə yardım edilib. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.