SÜJET
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhərindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.
Yurd.Media FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
***15:39
Beyləqanda 16 yaşlı sakin kanalda batıb.
Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə Xanqızı kanalının rayonun ərazisindən keçən hissəsində baş verib.
Rayonun Eyvazallar kənd sakini Qasımov Əkbər Nizami oğlu kanalda çimərkən batıb.
Hazırda aidiyyatı üzrə qurumlara məlumat verilib.
Faktla bağlı araşdırma başlanıb.