“Yatanda da fikir çəkirik ki, sel aparacaq” - VİDEO

“Yatanda da fikir çəkirik ki, sel aparacaq” - VİDEO

  • 28 aprel 2025, 09:23
Xaçmaz

Son günlər yağan leysan yağışlar və sel suları Xaçmaz rayonunda torpaq sürüşməsinə səbəb olub.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, Qudyalçayına gələn sel suları şəhərin Fətəli xan Xoyski küçəsinin bir hissəsini yuyub, yol yararsız vəziyyətə düşüb.

Sakinlər sel təhlükəsinin hələ də davam etdiyini və bu vəziyyətin ciddi narahatlıq doğurduğunu bildiriblər:

“Yatanda da fikir çəkirik. Adam qorxur ki, sel aparacaq. Sel suları getdikcə yaxınlaşır”.