Son bir həftə ərzində Bakı şəhəri və İsmayıllı rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.
Bu barədə Yurd.Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlimat verilib.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsi, giriş 178 ünvanında və İsmayıllı rayonu Sədiyan kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 13 190 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.