Qaya parçaları Quba-Xınalıq yolunu bağlayıb

Qaya parçaları Quba-Xınalıq yolunu bağlayıb

  • 18 aprel 2025, 14:20
Quba

Güclü qar yağması və qaya parçalarının yolun hərəkət hissəsinə düşməsi səbəbindən Quba-Xınalıq yolu bağlanıb.

Yurd. Medianın məlumatına görə, Qubadakı 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda yolun açılması üçün əraziyə canlı qüvvə və ağır texnika cəlb olunub.

Təhlükəli vəziyyət yolun 36-cı kilometrliyindən sonra müşahidə olunur.