Gecə saatlarından etibarən əsən güclü külək səbəbindən Bakı şəhəri ərazisində 8 ağac sınıb, 12 ağacın budaqları qırılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Yurd.Media-ya bildirilib ki, sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb.
Hazırda ərazilərdə təmizlik və təhlükəsizlik tədbirləri görülür.