SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Bəzi yerlərə leysan yağıb, bəzi yerlərdə 37 dərəcə isti var

Bəzi yerlərə leysan yağıb, bəzi yerlərdə 37 dərəcə isti var

  • 18 iyul 2026, 11:57

Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətdən Yurd.Media-ya bildirilib ki, səhər saatlarına olan məlumata görə, düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 29, Şəkidə 4, Gədəbəydə 2, Şahbuz, Sədərək, Daşkəsən, Tərtər, Mingəçevir, Yevlax, Neftçala, Qusar, Balakən, Zaqatala, Oğuz, Şahdağ, Lənkəran, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda 25 dərəcəyədək isti müşahidə olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları