Bakıda və Abşeron yarımadasında fevralın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Yurd.Media-ya bildirilib ki, arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.