Şirvan şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi sahibkar Vidadi İskəndərov barədə protokol tərtib edib.
Müəyyən olunub ki, Şirvan şəhəri 1 May küçəsində fəaliyyət göstərən “1001 Xırdavat” mağazasının qarşısında 2 ədəd bioloji inkişafda olan Sərv ağacı adı obyektin sahibi V.İskəndərov tərəfindən kəsilərək məhv edilib.
Sahibkarın barəsində İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 4000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilib.
Bu qərardan narazı qalan sahibkar qərarın ləğv edilməsi üçün Şirvan Şəhər Məhkəməsinə müraciət edib. Vidadi İskəndərov ağacları özünün kəsdiyini, xəstə olduğu üçün gələcəkdə quruyacağını ehtimal etdiyini, ağacıları özünün əkdiyini, suladığın, kəsilmiş ağacların yerinə yeni ağac tinglərinin əkiləcəyini və ağacları özü əkdiyi üçün kəsməyinin qanun pozuntusu olduğunu bilmədiyini qeyd etsə də məhkəmə onun şikayətini təmin etməyib.