SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Yılmaz Okuklunun tikinti qanunvericiliyini pozması dava-dalaşa səbəb olub - FOTO

Yılmaz Okuklunun tikinti qanunvericiliyini pozması dava-dalaşa səbəb olub - FOTO

  • 09 fevral 2026, 16:42
Bakı

Yılmaz Okuklunun şəhərsalma və tikinti qanunvericiliyinin kobud şəkildə pozmasına yönəlmiş hərəkətlərindən sonra qanunsuz tikilinin sökülməsi zamanı mübahisə yaranıb və bunun ardınca dava-dalaş baş verib.

Yurd.Media "Musavat.com"a istinadən xəbər verir ki, "Okuklu Holding” tikinti materialları anbarının yerləşdiyi ərazini qonşu sahədə inşa edilən yaşayış kompleksi layihəsi üçün nəzərdə tutulmuş torpaq sahəsinə qanunsuz şəkildə genişləndirməyə cəhd edib. Məlumata görə, şirkət ərazini plana düşdüyündə daha çox maddi vəsait əldə etmək məqsədilə tikinti işlərini aparıb, ərazi və mövcud tikililəri böyütməyə çalışıb. Qanunsuz tikilinin sökülməsi zamanı mübahisə yaranıb və bunun ardınca dava-dalaş baş verib.

Gizli aparılan tikintidən sonradan həmin ərazinin sahibindən maddi tələblər irəli sürmək üçün istifadə ediləcəyi planlaşdırılıb.

Bu, daşınmaz əmlak sahəsində təzyiq və şantaj elementləri daşıyan qeyri-qanuni sxemlərə bənzəyir. Uzun illərdir Azərbaycanda tikinti materiallarının satışını həyata keçirən Yılmaz Okuklunun bu hərəkətlərinin şəhərsalma və tikinti qanunvericiliyinin kobud şəkildə pozulması olduğu vurğulanır.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib və faktlar araşdırılır.

Məlumata görə, hadisə yerinə polis əməkdaşları cəlb olunub. İnsidentin biznes mübahisəsi zəminində baş verdiyi bildirilir.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, insidentin qarşısı alınıb:

"Fevralın 8-də səhər saatlarında paytaxtın Nərimanov rayonunda tikinti şirkətinin nümayəndələri ilə orada məskunlaşmış bir neçə sakin arasında insidentin olması barədə polisə məlumat daxil olub. Əraziyə yaxınlaşan polis əməkdaşları tərəfindən insidentin qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir”.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları