Son illər xaricdən gətirilən ucuz suvenirlərin mağazalarda üstünlük təşkil etməsi yerli sənətkarların fəaliyyətinə mənfi təsir göstərir.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.
Onun sözlərinə görə, Azərbaycanın tarixi-mədəni qoruqlarında yerli sənətkarlığın təşviqi məqsədilə suvenir mağazalarına tətbiq olunan tələblər sərtləşdirilir:
"Bu səbəbdən qoruqların ərazisində yerləşən satış obyektlərinə yeni şərtlər tətbiq olunur. Biz qoruqlardakı suvenir mağazalarında yerli məhsulların satışını artırmaqda maraqlıyıq. Xaricdən gətirilən ucuz suvenirlərin dominantlıq etməməsi üçün mağazalara müəyyən şərtlər qoyuruq və yerli ustaları daha kiçik ölçülü, əlçatan qiymətli məhsullar hazırlamağa təşviq edirik", – M.Ağabəyli qeyd edib.