Azərbaycanda tikinti, abadlıq və infrastruktur sahəsində “Seyidoğlu İnvest Group” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) inzibati protokol yazılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, cəmiyyət mülkiyyətində və ya istifadəsində olan “Toyota Avalon” minik markalı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Binəqədi rayon Polis İdarəsinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməyib.
Dövlət Yol Polisinin portalından çıxarışdan görünür ki, hüquqi şəxs “Seyidoğlu İnvest Group” MMC-nin mülkiyyətində və ya istifadəsində olan “Toyota Avalon” minik markalı nəqliyyat vasitəsinin sürücüsü Ə.Əlizadə küçəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədib.
Buna görə də MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol yazılıb.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şirkət 300 manat miqdarında cərimə edilib.