Pomidor istehsalı ilə məşğul olan “Zirə Sera” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditinin aparılmayıb.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib olunub.
Xətai Rayon Məhkəməsinin qərarı ilə MMC 1500 manat cərimə olunub.
Qeyd edək ki, “Zirə Sera” MMC Bakının Zirə qəsəbəsində yerləşən və pomidor istehsalı ilə məşğul olan iri istixana kompleksidir. Şirkətin nizamnamə kapitalı 150 manat, direktoru Eldəniz Həziyevdir.