SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Onlayn alış-verişə maraq azalıb - SƏBƏBLƏR - VİDEO

Onlayn alış-verişə maraq azalıb - SƏBƏBLƏR - VİDEO

Geniş seçim imkanları, vaxta qənaət və sərfəli qiymət - bunlar onlayn satış platformalarını uzun müddət cəlbedici edən əsas üstünlüklər sayılırdı. Lakin son vaxtlar bu platformalara marağın azaldığı müşahidə olunur.

Yurd.Media xəbər verir ki, azərbaycanlı alıcılar əsasən Türkiyə, Çin və ABŞ-dan sifarişlər versələr də, artıq onlayn alış-verişdə əvvəlki aktivlik yoxdur. Alıcıların sözlərinə görə, əsas səbəblər qiymət artımı, gecikmələr və məhsul keyfiyyətində fərqlərdir:

“Əvvəlkindən daha çox gecikmələr olur, qiymətlər bura ilə eyniləşib, göstərilən məhsulla gələn məhsul uyğun gəlmir.”

Marketoloq Nicat Manafov "ATV"yə bildirib ki, onlayn alış-verişin ümumi həcmi azalmayıb, sadəcə alıcıların bir hissəsi artıq yerli platformalara yönəlib:

“Əvvəllər daha çox insan xarici saytlardan sifariş verirdisə, indi bir qismi yerli platformalara üstünlük verir. Xarici platformalar əvvəllər bazara daxil olanda ciddi endirimlər edirdi, indi isə bu, demək olar ki, yoxdur. Qiymətlərin artması və gecikmələr insanları uzaqlaşdırır”.

Mütəxəssis əlavə edib ki, xüsusən Çin mənşəli sifarişlərdə gecikmələrin səbəbi malların birləşdirilərək göndərilməsidir. Bu proses vaxt aparır, eyni zamanda ixrac sıxlığı və hava nəqliyyatında gecikmələr də vəziyyəti çətinləşdirir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar–sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin 0,37 % elektron ticarətin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə elektron pərakəndə ticarət dövriyyəsi real ifadədə 71,1 % artaraq 169,8 milyon manat təşkil edib.

Prime Leasing
SPE Annual Caspian