SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Mərkəzi Bank Emin Ağalarovun şirkətini böyük məbləğdə CƏRİMƏLƏDİ

Mərkəzi Bank Emin Ağalarovun şirkətini böyük məbləğdə CƏRİMƏLƏDİ

  • 19 may 2026, 15:14
Bakı

“Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binaları tikdirən “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində inzibati icraat başlanılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən “Nardaran İnvest” MMC barəsində protokol tərtib edilib.

Sənəddə qeyd olunub ki, “Nardaran İnvest” MMC 347 137 avro (təxminən 687 min manat) məbləğində vəsaiti 2024-cü ildə avans olaraq xaricə köçürüb və 2 il müddət keçsə də bu vəsait hesabına alınan malları ölkəyə idxal etməyib, valyuta vəsaitini geri qaytarmayıb.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə “Nardaran İnvest” MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş bu vəsaitin 20 faizi miqdarında, yəni 69 427 avro (137,5 min manat) cərimə olunub.

Bu qərardan şirkətin direktoru apellyasiya qaydasında şikayət versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları