SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
“Kontakt Home”nin satdığı alman texnikası Çindən gətirilirmiş

“Kontakt Home”nin satdığı "alman texnikası" Çindən gətirilirmiş

  • 18 noyabr 2025, 13:38

“ABC-Telecom” MMC-nin (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) haqsız rəqabətə yol verdiyi müəyyənləşdirilib.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Yurd.Media-ya bildirilib ki, fakt üzrə şirkətə qarşı tədbir görüb.

Belə ki, "ABC Telecom"un "HOFFMANN" markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi, məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə etməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaradıb.

“ABC-Telecom”un bununla da Rəqabət Məcəlləsinin tələblərini pozduğu müəyyən edilib.

Prime Leasing
SPE Annual Caspian