İşçilərə maddi dəstəyin yeni modeli təcrübədən UĞURLA ÇIXDI

İşçilərə maddi dəstəyin yeni modeli təcrübədən UĞURLA ÇIXDI

Almaniyada insanlara verilən yeni maddi dəstək modeli təcrübələrdən uğurla çıxıb.

Yurd.Media CNN-ə istinadən xəbər verir ki, Berlində özəl təşkilat tərəfindən 122 nəfərə 3 il ərzində hər ay 1 200 avro təqdim olundu.

Universal əsas gəlir (və ya zəmanətli gəlir) adlanan bu maddi dəstək hər bir insana nə qədər qazandığından asılı olmayaraq əlavə pul verməyə əsaslanan təcrübədir. İdeya ondan ibarətdir ki, həmin şəxslərin iş dəyişmək, yeni vəzifələr üçün təlim keçmək, qayğı göstərmək və ya yaradıcı fəaliyyətlə məşğul olmaq azadlığı olsun.

Təcrübədə iştirak edən 21-40 yaşlı, tək yaşayan və orta gəlirli şəxslər bu pulu istədikləri kimi xərclədilər, onlardan sadəcə hər 6 aydan bir anket doldurmaları tələb olunurdu.

Nəticələr göstərdi ki, iştirakçılar həftəlik 40 saat işləməyə davam etdilər, lakin iş dəyişmək və ya təhsil almaq imkanları artdı. Əlavə gəlir psixoloji rifahı, həyat məmnuniyyətini və azadlıq hissini artırdı. Qadınlar daha çox müstəqillik hiss etdiklərini bildirdilər.

Bu təcrübədə iştirak etmək üçün 2 milyondan çox insan müraciət edib.

Mütəxəssislər bu cür dəstəyin sağlamlıq, təhsil və sosial rifaha uzunmüddətli müsbət təsir göstərə biləcəyini vurğulayırlar.