“AZR Business” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) barəsində inzibati protokol tərtib edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, cəmiyyətinin ünvanına onun mülkiyyətində olan “Changan CS85” markalı nəqliyyat vasitəsini idarə edən şəxsin İnzibati Xətalar Məcəlləsinin maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən onun barəsində məlumat verilməsinə dair sorğu verilib.
Lakin şirkət həmin məlumatı 5 gün müddətində təqdim etməyib.
Buna görə də MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “AZR Business” 300 manat cərimə olunub.
Qeyd edək ki, “AZR Business” MMC 2021-ci ildən tikinti quraşdırma işləri, elektrik şəbəkələrinin qurulması və.s tikinti işləri, o cümlədən tikinti materiallarının (mərmər,qranit, dəmir boru profillər, armatur, MDF, DSP və.s) istehsalı və idxalı ilə məşğul olur. Hazırda şirkətin dövlətə 4,5 milyon manat vergi borcu var. Nizamnamə kapitalı 10 manat olan “AZR Business”in direktoru Hadı Əliyevdir. Ona bir neçə il əvvəl ölkədən çıxışına "stop" qoyulmuşdu.