“Sevgi Beauty” gözəllik salonu qanunsuz fəaliyyət göstərdiyi məlum olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu barədə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarda qeyd olunub.
Bildirilib ki, Vergilər Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən obyektində yoxlama aparılıb və “Sevgi Beauty” gözəllik salonunda lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) göstərməsi faktı aşkar edilib.
Məlumata görə, gözəllik salonunda keçirilən operativ vergi nəzarəti zamanı xüsusi razılıq tələb olunduğu halda belə lisenziya alınmadan tibb fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.
Qeyd edək ki, obyektdə tibbi əməliyyat deyil, kosmetik xidmət – lazer epilyasiya xidməti göstərilir. Hesab edilir ki, bu kosmetoloji tibbi xidmətdir və bu xidmətin göstərilməsi üçün xüsusi razılıq alınmalıdır. Buna görə də Səhiyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) maddəsi ilə protokol tərtib edilib və “Sevgi Beauty” gözəllik salonunu rəhbərliyi 5 min manat miqdarında cərimə olunub.
Bu protokolun tərtib olunmasından narazı qalan tərəf Nəsimi Rayon Məhkəməsinə müraciət edib və protokolun əsassız sayılmasını xahiş edib. Məhkəmə şikayəti təmin etməyib.
