Bu ilin yanvar-iyul aylarında Azərbaycana 1 180 ədəd elektromobil gətirilib.
Dövlət Gömrük Komitəsindən Yurd.Media-ya bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,15% azdır.
Əvəzində son 1 ildə ölkəyə hibrid avtomobilləri idxalı 2,3 dəfə artaraq 29 958-ə çatıb.
Azərbaycan 7 ayda elektromobil idxalına 601,3 milyon ABŞ dolları, hibrid avtomobil idxalına isə 38,1 milyon ABŞ dolları xərcləyib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 51,2% çox və 46,7% azdır.