SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycana maşın gətirilməsi niyə 36 faizdən çox azalıb? - VİDEO

Azərbaycana maşın gətirilməsi niyə 36 faizdən çox azalıb? - VİDEO

  • 17 aprel 2026, 09:07

Azərbaycana xaricdən maşın gətirilməsi 1/3 dəfə azalıb.

Yurd.Media xəbər verir ki, rəsmi statistikaya görə, bu ilin ilk rübündə idxal olunan minik avtomobillərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 587 ədəd, yəni 36.2% azalıb. Beləliklə, idxal göstəricisi 13 359 ədədə enib.

Ekspertlərin sözlərinə görə, bu rəqəmlərin arxasında həm qanunvericilikdəki dəyişikliklər, həm də iqtisadi faktorlar dayanır.

Əsas səbəblərdən biri yaşı 10 ildən çox olan nəqliyyat vasitələrinə qoyulan qadağadırsa, digəri vergi güzəştlərinin ləğvidir.

Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev "Xəzər Xəbər"ə bildirir ki, ölkənin avtoparkı üçün narahatlığa əsas yoxdur. Çünki anbarlarda kifayət qədər ehtiyat toplanıb.

Ekspertin fikrincə, ölkədə start götürən utilizasiya prosesi də yeni avtomobillərə tələbatı stimullaşdıracaq. Köhnə və ekoloji cəhətdən yararsız maşınlar sıradan çıxdıqca, onları yeniləri əvəz etməlidir.

Xatırladaq ki, ötən ilin ilk rübündə bu rəqəm xeyli yüksək - 20 946 ədəd təşkil edirdi.

Azərbaycana maşın gətirilməsi niyə 36 faizdən çox azalıb? - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları